Ukrayna rus ordusunun komanda məntəqəsini vurdu

Ukrayna rus ordusunun komanda məntəqəsini vurdu

Ukrayna aviasiyası bir gün ərzində rus ordusunun cəmləşdiyi ərazilərə 11 zərbə endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, raket qoşunları və artilleriya bölmələri 24 saat ərzində işğalçıların komanda məntəqəsini vurub:

“Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 11, düşmənin zenit-raket kompleksinin mövqeyinə isə bir zərbə endirib”.

Teqlər: