Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Kurskda gedən döyüşlərə qatılmaq üçün göndərilən rus hərbi kolonuna Rila rayonunun Oktyabrsk şəhəri yaxınlığında zərbə endirib.
AzerTimes xəbər verir ki, zərbənin nəticələrini əks etdirən görüntülər Teleqram kanallarında yayılıb.
Kadrlarda çoxsaylı rus hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyi aydın görünür.
Teleqram kanallarında kolonun vurulmazdan öncəki görüntüləri də paylaşılıb.
Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib, 20-dən çox yaşayış məntəqəsini, o cümlədən Suca şəhərinə nəzxarəti ələ keçirib. Hazırda ərazidə döyüşlər gedir.