Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiya Hava Desant Qüvvələrinin desant-hücum alayının komandiri, polkovnik-leytenant Aleksandr Kurini məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Onun FPV pilotsuz təyyarəsinin zərbəsi nəticəsində məhv edildiyi qeyd edilir. Kurinin məhvi Hava-Desant Qüvvələri üçün böyük itki sayılır.
Qeyd edilib ki, avqustun sonunda Ukrayna Silahlı Qüvvələri Kurinin avtomobilinə FPV pilotsuz təyyarəsi ilə hücum edib və onun müavini Yuri Mixaylovu məhv edib.