Kremennaya bölgəsində yerləşən Ukrayna milli batalyonu Rumıniyanın daşınan reaktiv yaylım atəş sistemlərindən istifadə etməyə başlayıb.
AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Andrey Maroçko deyib.
“Çervonaya Dibrova və Serebryanka yaşayış məntəqələri ərazisində ukraynalı əsgərlər M21-OF-S mərmiləri üçün uyğunlaşdırılmış sovet 9P132 Grad-P-nin analoqu olan portativ raket qurğusundan istifadə etməyə başlayıblar”, – o bildirib.
İlkin məlumatlara görə, sözügedən qurğular və idarə olunmayan hərbi sursatlar bu yaxınlarda Rumıniya tərəfindən Ukrayna ordusuna verilib.