Ukrayna ordusu Rusiyanın Rostov vilayətində, cəbhə xəttindən 160 km məsafədə yerləşən S-300 hava hücumundan müdafiə sistemini məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.
“Zərbə Ukrayna Hərbi Dəniz Qüvvələrinin ordunun digər bölmələri ilə əməkdaşlığı nəticəsində həyata keçirilib. Hücum “Neptun” raketləri ilə edilib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, zərbənin məqsədi neft emalı zavoduna hücumlar üçün dəhliz yaratmaqdır.