Ukrayna Quru Qoşunlarının komandanı istefa verdi

Ukrayna Quru Qoşunlarının komandanı istefa verdi

Ukrayna Quru Qoşunlarının komandanı, general Mixail Drapatıy istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə o özünün feysbuk hesabında məlumat verib.

“Bu, 239-cu poliqonda baş vermiş faciəyə, nəticədə əsgərlərimizin həlak olmasına görə mənim şəxsi məsuliyyət hissimdən irəli gələn düşünülmüş addımdır”, – Drapatıy bildirib.

Qeyd edək ki, bu gün Rusiya ordusunun zərbəsi nəticəsində Ukrayna Quru Qoşunlarının tədris mərkəzi vurulmuş, nəticədə 12 nəfər həlak olmuş, 60 nəfər isə yaralanmışdı.

Teqlər: