Ukraynadakı əcnəbi döyüşçülər sayəsində bu ölkə qoşunlarının sərbəst qalacağı ehtimalları cəfəngiyyat və axmaqlıqdır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ukrayna qoşunlarının sərbəst qalması və döyüş meydanına göndərilməsi üçün xarici döyüşçüləri təhlükəsizlik məqsədilə sərhəddə saxlamaq – bunlar sadəcə cəfəngiyyat və səfehlikdir. Bu qədər”, – deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, bəzi media orqanlarında Qərb qoşunlarının təhlükəsizlik məqsədilə Belarusla sərhəddə yerləşdirilməsi, o zonadakı ukraynalı hərbçilərin isə birbaşa döyüş zonasına göndəriləcəyi ilə bağlı iddialar yayılmışdı.