Ukrayna qoşunları tədricən bu istiqamətə doğru irəliləyir

Ukrayna qoşunları tədricən bu istiqamətə doğru irəliləyir

Ukrayna Silahlı Qüvvələri tədricən Baxmutun cənubuna doğru irəliləyir. Eyni zamanda, rusların şimaldakı hücumlarını dəf edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqram hesabında yazıb.

Malyar bildirib ki, Kleşevka, Kurdyumovka, Andreyevka ərazilərində döyüşlər davam edir:

“Döyüşlər olduqca çətin keçir. Rus işğalçıları intensiv atəşə tuturlar. Kupyansk istiqamətində də işğalçılar hücuma keçərək müdafiə qüvvələrini hakim yüksəkliklərdən çıxarmağa çalışırlar. Xüsusilə, təkcə bu gün onlar mövqelərini itirmədən bir neçə həmləni dəf ediblər”.

Teqlər: