Nəzarət imkanlarını və prinsiplərini nəzərə alaraq, Ukrayna qoşunları faktiki olaraq NATO ordusuna çevrilir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
Kuleba bildirib ki, Ukraynanın qələbəsi təkcə Ukraynanın deyil, həm də bütün Şimali Atlantika Alyansının maraqlarına cavab verir:
“Avropanı Ukraynasız müdafiə etmək qəbulolunmazdır. Xüsusilə ona görə ki, biz hazırda Avropanın ən güclü ordusuna sahibik. NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətimizi artırırıq. İmkanlarımıza və idarəetmə prinsiplərimizə görə də de-fakto NATO ordusuna çevrilirik”.