Ukrayna qoşunları bu şəhəri tərk edəcək? – Zelenski

Ukrayna qoşunları bu şəhəri tərk edəcək? – Zelenski

Severdonetsklə bağlı qərar vəziyyətin inkişafından asılı olaraq veriləcək, bu, asan deyil, lakin Ukrayna hərbçiləri öz mövqelərini saxlayırlar.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Dünən Zaporojye, Donetsk və Luqansk vilayətlərində Ukrayna qoşunlarının ön mövqelərinə baş çəkdiyini deyən Zelenski şərqdə vəziyyətin ağır olduğunu vurğulayıb:

“Biz vəziyyəti Severodonetsk istiqamətində saxlayırıq. Onların sayı daha çoxdur, daha güclüdürlər, amma bizim bu istiqamətdə mübarizə aparmaq üçün hər şansımız var”.

Prezident əhalinin 10-15%-nin Severodonetskdə qaldığını qeyd edib və əlavə edib ki, Luqansk vilayətinin Lisiçansk şəhərində də oxşar vəziyyət var.

Teqlər: