Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qırıcı verilməsini istisna etməyib.
AzerTimes xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
“Prinsip etibarilə, heç nə qadağan olunmayıb. Biz hər duruma ayrıca baxacağıq. Bu, Fransa ordusunun zəifləməsinə səbəb olmamalıdır”, – deyə Makron bildirib.