Ukrayna hərbi bölmələrindən birinin əsgərləri bildiriblər ki, onlarda olan “Bradley” piyada döyüş maşınlarının əksəriyyəti əks-hücum zamanı itirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.
“Bir qrup Ukrayna əsgəri bəyan edib ki, onlar “Bradley” maşınlarının çox hissəsini itiriblər”, – agentliyin açıqlamasında qeyd olunur.
Bildirilib ki, motoatıcı bölmənin 9 avtomobilindən 6-sı xarab olub, yalnız biri zədələnmədən xilas olub. Hər hansı bir ərazinin alındığını soruşduqda, əsgərlərdən biri əhəmiyyətli nailiyyətlərin olmadığını nümayiş etdirmək üçün əli ilə “yox” cavabı verib.