Ukrayna qalib gələ bilməsə… – Soskin

Ukrayna qalib gələ bilməsə… – Soskin

Rusiya ilə müharibədə qələbədən sonra Ukraynada hər şey kəskin şəkildə dəyişəcək.

AzerTimes xəbər verir ki, bunu politoloq və iqtisadçı Oleq Soskin deyib.

O bildirib ki, Ukrayna məğlub olacağı təqdirdə heç kim onu bərpa etməyəcək:

“Hər şey Paseçnikin “lxr”də dediyi kimi olacaq. Heç kim Popasnayanı bərpa etməyəcək Mariupol bərpa olunmayacaq. Severodonetsk və Lisiçansk da. Bütün bunlar artıq qəbiristanlıqdır. Ona görə də məğlubiyyət olsa, sadəcə olaraq bölgəni birlikdə tərk etmək lazımdır. Ukraynanın qələbəsi isə müxtəlif sahələrə təsir edəcək dəyişikliklərə təkan verəcək. Artıq sovet enerji istehlakı sistemindən imtina etmək, çoxmərtəbəli binalar tikmək yox, elektriklə işləyən avtomobillərə keçmək lazımdır”.

Soskinin sözlərinə görə, qələbədən sonra ölkəni bərpa etmək 10-20 ilə qədər çəkə bilər:

“Belə olan halda o, kiçik şəhərlərə getmək və orada yaşamaq lazımdır. Ukrayna qalib gəlməsə, müharibə bir ildən çox davam etsə, yüksək inflyasiya, işsizlik və hətta daha çox qaçqın Ukraynanı təhdid edəcək. Qələbə qazansaq belə bir şey olmayacaq”, – o bildirib.

Teqlər: