Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Kubandakı “Qafqaz” limanında bərəyə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.
Onun sözlərinə görə, ekipaj üzvləri və liman işçiləri arasında yaralananlar və ölənlər olub.
Hücum yanğınla nəticələnib.