Ukrayna Putinlə danışıqlara dair Ərdoğanın təklifinə cavab verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı və rusiyalı
həmkarları Vladimir Zelenski və Vladimir Putini birgə telefon
danışığı – konfrans keçirməyə dəvət etməsindən sonra Ukrayna ilkin
razılığını verib.

Trend “UNİAN”a
istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat
katibi Sergey Nikiforov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Putinin buna razılıq
verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə
hazırdır.

“Bu razılaşmalar Türkiyə ilə Rusiya prezidentləri arasında olub.
Ukrayna Prezident Aparatının mövqeyinə gəlincə, Rusiya prezidenti
razılıq versə, biz də belə bir təklifə baxacağıq”, – S.Nikiforov
qeyd edib.

Teqlər: