Ukrayna ordusuna məxsus PUA Rusiyanın Belqorod vilayətində yaşayış binasına zərbə endirib.
AzerTimes Rusiya mediasına istinadən xəbər verir ki, zərbə anı sakinlərdən biri tərəfindən videolentə alınıb.
Bildirilib ki, PUA Ukraynanın Xarkov vilayətinin Zoloçeva şəhərindən havaya qaldırılıb.
Hücum zamanı 5 nəfər xəsarət alıb.