Ukrayna PUA-sı Kurskda yaşayış binasına çırpıldı

Ukrayna PUA-sı Kurskda yaşayış binasına çırpıldı

Kurskda yaşayış binasına PUA çırpılıb.

AzerTimes xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru Roman Starovoyt deyib.

“İlkin məlumata görə, gecə saatlarında PUA şəhərin Karl Marks küçəsindəki yaşayış binasına çırpılıb. Binanın bir neçə mərtəbəsindəki pəncərələr dağılıb. Zərbənin təsirindən həmin küçədə yerləşən Kursk Aqrar Universitetinin bir korpusunun şülələri də qırılıb”, – qubernator bildirib.

Onun sözlərinə görə, hücum zamanı tələfat olmayıb.

Teqlər: