Kursk vilayətində Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus FPV dronunun köməyi ilə daha bir Rusiya helikopteri vurulub.
AzerTimes xəbər verir ki, bu barədə UNİAN məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Rusiya helikopterlərinin uğurlu “ovu” davam edir:
“Düşmən helikopterlərinin PUA ilə darmadağın edilməsi müharibə tarixində unikal xüsusi əməliyyatdır”.
Qeyd edək ki, Təhlükəsizlik Xidmətinin dronunun uçuş anında helikopterə necə dəydiyi barədə video da yayılıb. Bu dəfə Mi-8 güclü döyüş başlığına malik PUA ilə quyruğundan vurulub.