Hava hücumundan müdafiə sistemləri Moskva və Leninqrad vilayətləri ərazisində iki PUA zərərsizləşdirib.
Axatr.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, bu, müharibə başlayandan bəri Leninqrad vilayəti üzərində vurulan ilk PUA-dır.
“Fontanka”nın məlumatına görə, Sankt-Peterburqdakı Vasilevski adasının sakinləri partlayış səsləri eşidiblər. Nəşrin məlumatına görə, Pulkovo hava limanının cədvəlində də fasilələr yaranıb. Sərnişinlərdən biri nəşrə bildirib ki, hava limanı ərazisində “Xalça” planı tətbiq olunub və hava sahəsi qapadılıb.