Ukrayna PUA-sı Bryanskda hərbi zavoda hücum etdi

Ukrayna PUA-sı Bryanskda hərbi zavoda hücum etdi

Ukrayna Silahlı Qüvvələri Bryanskın Suzemka kəndində böyük müdafiə zavoduna hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hədəf müəssisəni enerji ilə təmin edən elektrik yarımstansiyası olub.

“Bu gün onun üzərində təyyarə tipli PUA aşkarlanıb. Yaxınlaşan zaman pilotsuz təyyarə hava hücumundan müdafiə sistemi ilə vurulub, təyyarənin qalıqları açıq sahəyə düşüb.

İlkin məlumata görə, tələfat və dağıntı olmayıb. Yerli əhalinin sözlərinə görə, həftədə bir neçə dəfə davamlı olaraq Ukrayna Silahlı Qüvvələri zavoda hücum edir”, – məlumatda qeyd edilib.

Teqlər: