Ukrayna PUA-ları Rusiya neft stansiyasına hücum etdi

Ukrayna PUA-ları Rusiya neft stansiyasına hücum etdi

Ukraynaya məxsus PUA Rusiyanın Novozıbkov neft nasos stansiyası ərazisinə hücum edib.

AzerTimes xəbər verir ki, bunu Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz deyib.

“Ukrayna Silahlı Qüvvələri PUA-ların köməyi ilə “Transneft” Səhmdar Cəmiyyətinin “Novozıbkov” neft nasos stansiyasının ərazisinə hücum edib. Tələfat yoxdur”, – o bildirib.

Boqomaz qeyd edib ki, təcili xilasetmə xidmət hadisə yerindədir:

“Əməliyyat tədbirləri müddətində təhlükəsizliyin təmin edilməsi məqsədilə Mamay, Trostan, Drujba, Novskoye, Dubrovka qəsəbələrində elektrik enerjisi kəsilib. Əməliyyat-istintaq tədbirləri həyata keçirildikdən sonra elektrik enerjisinin verilişi bərpa olunacaq”.

Teqlər: