Avqustun 30-na keçən gecə Rusiyaya beşə qədər fərqli kamikadze PUA-sı ilə zərbə endirilib. Bu, müharibə başlayandan bəri Rusiyaya edilən ən böyük hücumdur. Görünür, Rusiya hava hücumundan müdafiə sistemində çətinliklər yaşanır.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir.
Məlumata görə, partlayışlar Moskva, Bryansk və Ryazanda, həmçinin Estoniya ilə sərhədə yaxın Pskovdakı aviabazada qeydə alınıb:
“Pskova hücum nəticəsində Rusiyanın bir neçə hərbi nəqliyyat təyyarəsi zədələnib. Ümumilikdə, 2023-cü ilin avqustunda Rusiyada 25 ayrı kamikadze dron hücumu həyata keçirilib. PUA-ların bir çoxu hədəflərinə çatıb. Çox güman ki, Rusiya hava hücumundan müdafiə sistemi onları aşkarlayıb məhv etməkdə çətinlik çəkir. Kreml bu hücumlara daha yaxşı müqavimət göstərmək üçün Ukrayna və Moskva arasındakı ərazilərdə hava hücumundan müdafiə mövqeyini yenidən nəzərdən keçirəcək. Eyni zamanda, PUA hücumu ola biləcək aerodromlara da əlavə hava hücumundan müdafiə sistemləri quraşdırıla bilər”.