Ukraynanın avropalı etmək üçün təcrübəm və biliyim lazım gələrsə, prezidentliyə namizəd olmağa hazıram.
AzerTimes xəbər verir ki, bu sözləri Kiyev meri Vitali Kliçko deyib.
O, eyni zamanda bu barədə danışmağın hələ erkən olduğunu bildirib:
“Əgər mənim biliyim, enerjim, təcrübəm Ukraynanı avropalı etmək üçün lazım olarsa, bunun üçün hər şeyimi verərəm və verirəm də… Prezident seçkiləri olduqda bu barədə danışacağıq. Ukrayna konflikti bitməmiş prezidentlik, meriya haqda planları elan etmək böyük axmaqlıqdır”.