Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə
danışıqların keçiriləcəyi şəhər qismində Bakını təklif edib.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna
dövlət başçısı xalqa müraciətində bildirib.
“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün
Rusiyaya təklif etdik. Bu ümumiyyətlə Ukraynaya raketlərin uçmadığı
istənilən digər şəhər də ola bilər”, – Vladimir Zelenski
bildirib.