Ukrayna-Polşa sərhədinin bağlanması ilə bağlı problem bir neçə həftə ərzində həll oluna bilər.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri Polşa Seyminin Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Kovala istinadən məlumat yayıb.
“Fermerlərin sərhədi bağlaması ilə bağlı problem bir neçə həftəyə həll olunacaq. Həm Polşa hökuməti, həm də Ukrayna hökuməti ümumi dil tapmalı, Ukrayna mallarını sata bilmələri üçün həll yolu tapmalı, eyni zamanda Polşa istehsalının bir neçə sektorunu qorumalıdır”, – məlumatda qeyd olunub.