Ukrayna-Polşa gərginliyi artır: Danışıqlar təklif edildi

Ukrayna-Polşa gərginliyi artır: Danışıqlar təklif edildi

Polşa tərəfi Ukrayna taxılı və Varşavanın tətbiq etdiyi embarqo ilə bağlı problemin həlli üçün Ukrayna ilə danışıqlara hazırdır.

AzerTimes xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib.

“Biz belə danışıqları gözləyirik və belə danışıqların baş tutmasına hazırıq”, – o vurğulayıb.

Onun sözlərinə görə, Polşa tranzitlə bağlı Ukraynaya kömək etmək istəyir. Lakin nazir qeyd edib ki, bu, Polşa fermerlərinin hesabına deyil, tranzit olmalıdır.

Onun fikrincə, hər şey ümumi həll yolunun tapılması istiqamətində düzgün istiqamətdə gedir.

Qeyd edək ki, Polşa Ukraynadan taxıl ixracına qadağa qoyub. Buna cavab olaraq, Ukrayna da Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edib.

Polşa baş naziri isə Ukraynaya daha silah tədarük etməyəcəklərini açıqlayıb.

Teqlər: