Ukrayna bu yay pilotların dil maneəsi və ehtiyat hissələrinin çatdırılmasında mürəkkəb logistikaya görə daha az F-16 qırıcısı alacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Bəzi məlumatlara görə, Ukrayna planlaşdırılan 300 təyyarədən 15-24-nü ala biləcək.
Başqa bir mənbə isə Kiyevin ilin sonuna kimi 20-yə yaxın qırıcını qəbul edə biləcəyini bildirib.
“Yeni Amerika Təhlükəsizliyi” Mərkəzinin əməkdaşı Cim Taunsend hesab edir ki, daha bir problem Rusiyanın uçuş-enmə zolaqlarını asan hədəfə çevirə bilməsi ilə əlaqədardır.