Kiyevə Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməsinə icazə verildikdən sonra Ukrayna Silahlı Qüvvələri Xarkov ərazisində “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edə bilər.
AzerTimes xəbər verir ki, bunu alman generalı Kristian Freydiq deyib.
“Mümkündür ki, “Patriot” sistemləri artıq Xarkov bölgəsində və Rusiya üzərində də tətbiq olunsun. Onlar dəhşətli bombaları atan rus təyyarələri ilə mübarizə üçün idealdır. Sistemlərin taktiki istifadəsinə görə məsuliyyət yalnız Ukrayna Silahlı Qüvvələrinin üzərinə düşür. Onlardan beynəlxalq hüquq çərçivəsində istifadə oluna bilər.
Əminik ki, ukraynalılar nəinki buna sadiq qalacaq, həm də bunu böyük taktiki məharətlə yerinə yetirəcək və uğur qazanacaqlar”, – o bildirib.