Ukrayna partizanları satqınlar şəbəkəsini aşkarladı

Ukrayna partizanları satqınlar şəbəkəsini aşkarladı

Ukrayna partizanları işğal altına olan Xerson vilayətində kuratorları ilə birgə satqınlar şəbəkəsini aşkar ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Xersonun deputatı Sergey Xlan sosial şəbəkədə məlumat paylaşıb.

Söhbət “Berkut-Cənub” qruplaşmasından və onların rusiyalı komendantlarından gedir.

“Yerli satqınlar ruslara vacib informasiyalar çatdırır – müdafiə ordusunun iştirakçıları, fəallar və s. ilə bağlı. Bu informatorlar artıq ifşa olunub. Hər bir xaini görürük, müqavimət hərəkatı bütün vilayətə yayılır. Cacab vermək vaxtı yaxındadır”, – o yazıb.

Qeyd edək ki, bundan öncə Xersonda xain xalq deputatı Aleksey Kovalyevin maşını partladılıb.

Teqlər: