Ukraynanın cənub-şərqində rus qoşunları tərəfindən işğal edilmiş ərazilərdə partizanların hərəkəti geniş vüsət alır. Onlar Rusiyanın işğal etdiyi yaşayış məntəqələrinin azad edilməsində həlledici qüvvəyə çevrilə bilərlər.
AzerTimes xəbər verir ki, bunu hərbçi, Ukrayna qəhrəmanı Vladimir Jemçuqov deyib.
“Ukraynada partizan hərəkatı maliyyələşdirilir və dəstəklənir, canlı qüvvə, silahlar, sursatlar, pullar göndərilir. Aktiv partizan hərəkətlərinə hazırlıq gedir. Yeni qruplar cəlb olunur. Partizan hərəkatı Ukrayna ordusu əks-hücuma keçərkən onlara əhəmiyyətli dərəcədə kömək edə bilər. Əgər Ukrayna Silahlı Qüvvələri partizan hərəkatı ilə əlaqə saxlasa və öz hərəkətlərini koordinasiya edərsə, o zaman düşmənin qabaqcıl mövqeləri xeyli zəifləyər”.