Ukrayna parlamenti Zelenskinin hərbi vəziyyətin tətbiq olunması qərarını təsdiqləyib

Ukrayna Ali Radası ölkə prezidenti Volodimir Zelenskinin bütün
Ukraynada hərbi vəziyyətin tətbiq olunması barədə qərarını təsdiq
edib.

Trend-in
məlumatına görə, bunu parlamentin milli təhlükəsizlik, müdafiə və
kəşfiyyat məsələləri üzrə komitəsinin üzvü Fyodor Venislavski
deyib.


Bu qərarı Ali Radanın 300 deputatının dəstəklədiyi
bildirilib.