Ukrayna parçalanır, İsrail geri çəkilir – Şok iddia

Ukrayna parçalanır, İsrail geri çəkilir – Şok iddia

Qərb liderləri Qəzza zolağında “təslim olmağa” və Ukraynanın iki yerə bölünməsinə hazırdırlar.

AzerTimes xəbər verir ki, bu iddianı “Teleqraf” nəşrinin köşə yazarı, London Kral Kollecinin professoru Kon Koflin yazıb.

Ekspertin fikrincə, israillilər HƏMAS-ın infrastrukturunu dağıtmağa nail olsalar belə, bunu yenə də qələbə hesab etmək olmaz, çünki ABŞ Prezidenti Co Bayden artıq Qəzza zolağının “yenidən işğalının” əleyhinə olduğunu bəyan edir:

“Ukraynaya gəlincə, döyüş meydanında dalan vəziyyəti Atlantik okeanının hər iki tərəfindəki siyasətçiləri münaqişənin diplomatik yolla nizamlanması üçün səylər göstərməyə məcbur edir. Məsələn, Berlində Ukraynanın iki yerə bölünməsi ilə razılaşırlar. Rusiyaya bağlı şərq əraziləri rəsmən Rusiyaya verilməli, qalan hissədə isə Ukrayna dövlətçiliyinin qorunub saxlanması təmin olunmalı və onun Avropa Birliyinə daxil olmasına icazə verilməlidir. Oxşar fikirlər Vaşinqton və Parisdə də səslənməyə başlayıb.

Üstəlik, Qəzzada müharibə nə qədər uzansa, Ukrayna münaqişəsinə son qoyulması məsələsi bir o qədər ciddiləşəcək. Qərb birdən çox beynəlxalq böhranla məşğul ola bilməz və bu iki böhrandan birinə ən qısa müddətdə son qoymalıdır”.

Teqlər: