Ukrayna ikinci cəbhə aça bilməz. Onlar Donbasda cəbhə xəttini sabitləşdirməlidirlər.
AzerTimes xəbər verir ki, bunu Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun müharibə üzrə mütəxəssisi Nik Reynolds Kurska hücumu şərh edərkən deyib.
“Ukrayna ordusunun əməliyyatının sürəti, görünür, rus qoşunlarını təəccübləndirib. Ukrayna ümid edə bilər ki, Rusiya şərqdəki qüvvələri cəbhədən yayındıracaq və oradakı Ukrayna qoşunlarına təzyiqi azaldacaq. İrəli getmək Ukrayna ordusuna Rusiyanın Xarkov yaxınlığındakı qoşunlarına təchizat xətlərini pozmağa imkan verə bilər. Hücum həm də onu göstərir ki, Rusiya öz ərazisində sakit oturmamalıdır”, – Reynolds bildirib.
Qeyd edək ki, Ukrayna ordusu 6 avqustdan Kursk vilayətinə hücum edib və 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.