Qərb Krımı Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ən mühüm hədəfi hesab edir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın “Military Vatch Magazine” (MVM) portalının müşahidəçiləri məlumat yayıb.
“Krım uzun müddət həm Kiyev, həm də onun Qərb tərəfdarları üçün böyük simvolik əhəmiyyətə malik hədəf olub. Lakin Ukrayna Silahlı Qüvvələrində hava hücumundan müdafiə sistemlərinin tükənməsi nəticəsində yaranan problemlər səbəbindən Kiyevin Krımı ələ keçirmək məqsədinə çatmaq cəhdləri puça çıxıb”, – məlumatda qeyd edilib.