Ukrayna qüvvələrinin bir hissəsini Zaporojye vilayətindəki cəbhədən köçürüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin administrasiya şurasının üzvü təyin edilən Vladimir Roqov məlumat verib.
“Ukrayna qoşunların bir hissəsini şərq istiqamətinə, Soledar və Artemovsk ərazisinə keçirərək bizim istiqamətdən çıxardı”, – Rovov bildirib.
Onun sözlərinə görə, təmas xəttinin bu hissəsində Ukrayna Silahlı Qüvvələrinin, xarici legionun, Milli Qvardiyanın bəzi elit bölmələri, eləcə də ərazi müdafiəsi qalıb.