Ukrayna Silahlı Qüvvələrinin tərkibində hərbi əməliyyatlarda iştirak edən bütün xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər 1992-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Ukrayna Qanununa uyğun olaraq müqavilə əsasında hərbi xidmətə könüllü qəbul ediliblər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.
Baş Qərargah xatırladıb ki, 1949-cu il Cenevrə Konvensiyaları hərbi əsirlərə qarşı zorakılıq, hədə-qorxu və hər hansı qanunsuz hərəkətləri qadağan edir, əsirlikdə olan hərbi qulluqçulara humanist münasibət göstərməyi öhdəsinə götürür.
Beynəlxalq humanitar hüququn müvafiq tanınmış qaydalarına əməl edilməməsi Konvensiyanın ciddi şəkildə pozulmasıdır.