Ukrayna ordusu Xerson vilayətində daha 5 kəndi azad edib.
AzerTimes xəbər verir ki, bu barədə “Cənub” Birləşmiş Komandanlığının spikeri Vladislav Nazarov məlumat verib.
“Hərbi birləşmələrimiz Novovasilyevka, Novoqriqoryevka, Novaya Kamenka, Trifonovka və Çervone kəndlərini işğaldan azad edib”, – Nazarov bildirib.