Ukrayna Silahlı Qüvvələri Voronej vilayətində sənaye müəssisəsinə PUA hücumu həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Qusev deyib.
“Voronej vilayətinin rayonlarından birində sırf mülki məhsullar istehsal edən sənaye müəssisəsinə beş PUA ilə hücum həyata keçirilib. Müəssisədə yanğın baş verib. İlkin məlumatlara görə, itki yoxdur. İşçilər təxliyə edilib”, – o bildirib.