Son 24 saat ərzində Ukrayna ordusu Xerson vilayətinin sol sahilində döyüşləri davam etdirib və hətta təsdiqlənmiş uğurlar əldə edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Geolokasiya videosuna istinadən verilən məlumatlara görə, Ukrayna qoşunları Podstepove yaxınlığındakı günəş panelləri fermasının cənub-qərbində irəliləyiş əldə ediblər. Eyni zamanda, digər videolar da onların Krınkidəki evlərdə mövqe tutduğunu təsdiqləyir. Rusiyalı bloger də Krınki və Pesçanovka-Poyma xətti boyunca mövqe döyüşlərinin davam etdiyini təsdiqləyib”, – hesabatda qeyd olunub.