Rusiya ordusu Ukrayna hərbçilərini Severodonetsk şəhərinin mərkəzindən sıxışdırıb çıxarıblar, şiddətli döyüşlər davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Severodonetsk istiqamətində düşmən artilleriyanın dəstəyi ilə şəhərdə hücum əməliyyatları keçirib, qismən uğur qazanıb, Ukrayna ordu bölmələri şəhərin mərkəzindən çıxarılıb, döyüşlər davam edir. Lisiçansk, Severodonetsk, Toşkivka yaşayış məntəqələrində Müdafiə Qüvvələrinin mövqeləri artilleriyadan atəşə tutulub”, – məlumatda deyilib.
Qeyd olunur ki, Donetsk istiqamətində ruslar əsas səylərini Severodonetsk və Lisiçansk şəhərlərinin ərazilərində Ukrayna qoşunlarını mühasirəyə almaq üçün hücum əməliyyatları keçirməyə, oradan logistik təchizat yollarını kəsməyə yönəldir.