Xəbər verdiyimiz kimi, ötən gün Ukrayna ordusu Makeyevkada Rusiya ordusuna məxsus silah anbarını məhv edib.
AzerTimes xəbər verir ki, 4 iyul yerli vaxtla saat saat 21:40 radələrində məhv edilən silah anbarının vurulma anının görüntüləri yayılıb.
Kadrlardan görünür ki, MLRS üçün döyüş sursatı yarımçıq yaşayış kompleksinin həyətinə yığılıb. Anbardakı partlayış yaxınlıqdakı tikililərə, o cümlədən xəstəxana kompleksinə ziyan vurub.
Partlayış dalğası üç kilometr radiusda pəncərələri sındırıb.