Ukrayna Müdafiə Qüvvələri Makeyevkada Rusiya ordusuna məxsus anbarı məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.
“Bu gün saat 21:40 (yerli vaxtla – red.) radələrində Müdafiə Qüvvələrinin bölmələrinin effektiv atəşi nəticəsində müvəqqəti işğal altında olan Makeyevkada rusiyalı terrorçuların daha bir anbarı fəaliyyətini dayandırıb”, – məlumatda deyilir.