Ukrayna ordusu Rusiyaya girdi: ruslar əsir götürüldü

Ukrayna ordusu Rusiyaya girdi: ruslar əsir götürüldü

Ukrayna ordusunun bölgəyə soxulmasından sonra Kursk vilayətində başlayan döyüşlər nəticəsində azı 3 dinc sakin həlak olub.

AzerTimes xəbər verir ki, bunu vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov deyib.

“Beşi uşaq olmaqla, daha 13 nəfər yaralanıb”, – o bildirib.

“Pepel” nəşri isə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çağırışçılar da daxil olmaqla, azı 6 rusiyalı hərbçini əsir götürüb. Bu məlumatı Ukrayna hərbçiləri tərəfindən internetdə yerləşdirilən əsirləri əks etdirən videolar da təsdiq edir.

Qeyd edək ki, Ukrayna mediası Kurska Rusiyanın Azadlığı Legionunun hücum etdiyini bildirmişdi.

Teqlər: