Belqorod rayonunun Juravlevka kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində deyil.
AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Qeyd edək ki, bundan öncə sosial şəbəkələrdə Belqorod vilayətinin ərazisinin bir hissəsinin, o cümlədən Juravlevka kəndinin Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlı məlumatlar yayılıb.