Ukrayna ordusu Rusiyanın 10 hücumunun qarşısını aldı

Ukrayna ordusu Rusiyanın 10 hücumunun qarşısını aldı

Ukrayna müdafiəçiləri 10 yaşayış məntəqəsi ərazisində düşmənin hücumlarını uğurla dəf ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, müdafiə müvvələrinin bölmələri öz mövqelərini saxlayır və düşmənin Ukrayna ərazisinin dərinliyinə doğru irəliləməsinə imkan vermir:

“Əsgərlərimiz Konstantinovka, Prudyanka, Rusiyanın Tişki, Vernopolye, İkinci Nikolaevka, Zaitsevo, Avdeevka, Kamenka, Pobeda və Bezymyannoye yaşayış məntəqələri ərazilərində düşmənin hücumlarını uğurla dəf ediblər”.

Teqlər: