Xarkov istiqamətində rus qoşunları Ukrayna bölmələrinin sərhədə doğru irəliləməsini dayandırmağa və ərazini minalamağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında bildirilib.
“Seversk istiqamətində, Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində düşmən Qərb Hərbi Dairəsinin 20-ci Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı hissələrini saxlayır. Həmçinin Bryansk vilayətində dövlətimizlə dövlət sərhədinə yaxın ərazidə düşmənin artilleriya bölmələri var”, – Qərargahın məlumatında qeyd olunub.
Bundan əlavə, Slobojanski istiqamətində Rusiya Xarkov şəhərinin şimalındakı sərhəd rayonlarında döyüş əməliyyatlarını davam etdirir.