Ukrayna ordusu rus əsgərlərin olduğu binanı vurdu

Ukrayna ordusu rus əsgərlərin olduğu binanı vurdu

Ukrayna əsgərləri Xerson vilayətinin Kaxovka şəhərində rus işğalçılarının yerləşdiyi binaya zərbə endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbə zamanı binada 200 hərbçi olub:

“Düşmən zərbənin nəticələrini gizlədir, şəhərdə sərt inzibati və polis tədbirləri görülür”.

Bundan başqa, Radensk qəsəbəsi yaxınlığında böyük hərbi texnika karvanı da məhv edilib. Düşmənin itkiləri dəqiqləşdirilir.

Teqlər: