11:14
Avqustun 18-də gecə Rusiyanın Rostov vilayətindəki “Qafkaz” kombinatı vurulub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Burada neft və neft məhsulları saxlanılırdı ki, onlar da Rusiya işğalçı ordusunun ehtiyacları üçün tədarük edilirdi”, – məlumatda qeyd olunub.
Bildirilib ki, obyektin ərazisində ən azı iki yanğın qeydə alınıb.
Qeyd edək ki, bu gün Teleqram kanallarında Rusiyanın Rostov vilayətinin Proletarsk rayonundakı neft bazasına PUA hücumu edildiyi barədə məlumat yayılmışdı.