Ukrayna ordusu Putinin qərarına təsir edə bilər – Feyqin

Ukrayna ordusu Putinin qərarına təsir edə bilər – Feyqin

Ukrayna Silahlı Qüvvələrinin cəbhədə uğurlu fəaliyyəti Rusiya Prezidenti Vladimir Putinin qərarına böyük təsir edir.

AzerTimes xəbər verir ki, bunu Dövlət Dumasının keçmiş deputatı Mark Feyqin deyib.

“Putinin Ukraynada cəbhələrdəki vəziyyətdən əsəbi olmaq üçün səbəbləri var. Bu, göz qabağındadır. Bu, onun qeyri-adekvat davranışının birinci və əsas səbəbidir. Biz hamımız yaxşı bilirik ki, Rusiya üçün vəziyyət getdikcə çətinləşir. Buna görə o, səhv qərarlar verə bilər. Cəbhələrdəki vəziyyətə görə Putin tamamilə fərqli nəticələrə gətirib çıxaracaq qərarlar verə bilər”, – Feyqin qeyd edib.

Teqlər: