Vladimir Zelenski görüşlər keçirərkən, Ukrayna ərazilərə nəzarəti itirir və Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski bununla bağlı heç nə edə bilmir.
AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.
“Yenə çox çətin bir gecə idi, Xarkov və digər bölgələrə hücumlar oldu. Sırski heç nə edə bilmir, sadəcə görüşlər keçirirlər”, – Soskin bildirib.
Onun sözlərinə görə, bu görüşlərdə Zelenski özünü ciddi komandir kimi hiss edir, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı isə onun üçün xəritədə nəsə çəkir və hesabat verir.